Misli Premyer Liqasının XXX turunda "İmişli" ilə keçirilən oyundan sonra baş məşqçi Andrey Demçenkonun mətbuat konfransında səsləndirdiyi fikirlər: "İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Bu haqda bir şey deyə bilmərik. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" qazandı".
"Futbolu daha "ac" futbolçular oynamalıdır"
02-05-2026 00:00